Fransada etiraz aksiyası keçirən fermerlər polisin müdaxiləsi ilə qarşılaşıblar.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Rungis bölgəsində toplaşan nümayişçilərə polis müdaxilə edib. 79 fermer saxlanılıb, həmçinin traktorları müsadirə edilib.
Fermerlər müxtəlif nöqtələrdə magistral yollarda saman və təkərlər yandıraraq etiraz aksiyası keçirir.
Qeyd edək ki, fermerlər hökumətin Avropa İttifaqının şərtlərindən asılılığını azaltmasını istəyirlər.
Aysu Demokrat.az


