Dünya Özəl

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı

Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 238-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğundan açıqlama verilib.

Açıqlamada yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 238 nəfərə yüksəldiyi bildirilib.

Həmçinin təxminən 15 min nəfərin hələ də təxliyyə məntəqələrində qaldığı, itkin düşən 19 nəfərin axtarışlarının davam etdiyi bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az