ABŞ Ordusuna məxsus F-16 qırıcı təyyarəsi Cənubi Koreyanın qərb sahillərində qəza keçirərək, Sarı dənizə düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, sözügedən qəza ABŞ-nin Cənubi Koreyada bir il ərzində üçüncü F-16 qəzası kimi qeydə alınıb.
ABŞ Hərbi Hava Qüvvələrindən verilən açıqlamada 8-ci Hava Donanmasına aid F-16 döyüş təyyarəsinin yerli vaxtla saat 08.41-də dənizə düşdüyü açıqlanıb.
Özünü təyyarədən atmağı bacaran pilotun Cənubi Koreya və ABŞ-nin birgə işi ilə xilas edildiyi, səhhətinin yaxşı olduğu bildirilib.
Qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


