Avtomobillərdə sürücülərdən tələb olunan və əks təqdirdə cərimə tətbiq olunan əşyalardan biri də aptekçə (tibb qutusu) hesab olunur.
Bir çox hallarda təyin olunan dərman siyahısından əksik olduğu üçün sürücülər cərimələnərək çətinliklə üzləşir. Qeyd edək ki, bununla bağlı icbari cərimə 10 AZN təşkil edir.
Demokrat.az avtomobil sahibləri üçün tələb olunan apteçkənin tərkibində olan dərman vasitələri, tibbi ləvazimatlar və onların qiymətlərini oxuculara təqdim edir:
Analgin 0.5 №10 – 0.31 AZN Portativ hipotermik (soyuducu) paket-konteyner – 0.8 AZN Natrium sulfasil məhlulu – 1.50 AZN Aspirin – 4.09 AZN Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 2.10 AZN Steril bint 10x5 – 0.45 AZN Qeyri-steril bint 10x5 – 0.80 AZN Qeyri-steril bint 5x5 – 0.40 AZN Çirkli yaraları sarımaq üçün dioksidinli və ya gümüş nitratlı 8x10 sm. ölçüdə MAQ atravmatik sarğısı – 6 AZN Bakteresid leykoplastr 25x72 yaxud 2x5 – 1.2 AZN Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 və 10x18 sm. ölçüdə furaginli “Koleteks QEM” steril salfetləri, yaxud statin (toz halında) 1.0 q – 3 AZN 5%-li yodun, yaxud 1%-li biriliant abısının məhlulu (zelyonka) – 1.19 AZN 1x500 və ya 2x500, yaxud 1x5250 sm ölçüdə leykoplaster – 0.50 AZN Qeyri-steril boruşəkilli tibbi elastik bint №1.3.6 – 0.80 AZN Pambıq 50 q – 1.75 AZN Nitroqliserin həbləri N%40 yaxud kapsulu №20 (trinitroloq) – 1.20 AZN Valideol (tabletka yaxud kapsula) – 0.70 AZN Süni nəfəs vermək üçün alət – 3 AZN Ammiak məhlulu (naşatır spirti) – 1 AZN Enterodez yaxud aktivləşdirilmiş kömür №10 – 0.20 AZN Korvavol – 0.56 AZN Küt uclu qayçı – 1.60 AZN Plastmas futlyar – 1.70 AZN Aptekçənin özü – 5-82 AZN arası


