Avto Özəl

“Tesla” ABŞ-dən xeyli sayda avtomobili geri çağırır

“Tesla” ABŞ-dən xeyli sayda avtomobili geri çağırır

“Tesla” kameralarda yaranan proqram səhvinə görə ABŞ-dən təxminən 200 min avtomobili geri çağıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, proqram təminatı ilə bağlı problem kameranın görünüşünü əngəlləyə bilər və buna görə də qəza riski yarana bilər.

Problemlə bağlı dekabrın sonlarından şikayətlər almağa başlayan şirkət yanvarın 12-də geri çağırma qərarı verib.

Qeyd edək ki, martın 22-dən etibarən nəqliyyat vasitələrinin sahibləri məktubla xəbərdar ediləcək.

Aysu Demokrat.az

D
demokrat.az