Dünya

"Toyota"nın baş ofisində yanğın baş verdi

Toyotanın baş ofisində yanğın baş verdi

Yaponiyanın Aiçi prefekturasında yerləşən Toyota R&D şirkətinin mərkəzi ofisində yanğın olub.

APA-nın “NHK” telekanalına istinadən verdiyi xəbərə görə, binadakı işçilər təxliyyə olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Telekanalın məlumatına görə, yerli vaxtla saat 16.50-də şəhər yanğınsöndürmə xidmətinə binanın səkkizinci mərtəbəsində tüstülənmə olması barədə xəbər gəlib.

Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası var.

Yanğının səbəbləri hələlik məlum deyil.

D
demokrat.az