Region Özəl

Türkiyənin hərbi təlim təyyarəsi təcili eniş edib

Türkiyənin hərbi təlim təyyarəsi təcili eniş edib

Türkiyənin “C-160” hərbi təlim təyyarəsi texniki nasazlıq səbəbindən Kayseridə məcburi eniş edib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda, Kayseri 12-ci Hava Nəqliyyatı Baza Komandanlığından təlim üçün havaya qalxan “C-160”təyyarəsinin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi bildirilib.

Təyyarəyə cüzi ziyan dəydiyi, pilotların və ekipajın səhhətinin yaxşı olduğu qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova