Yanvarın 3-də İranın Kirman vilayətində törədilən terror hücumu nəticəsində ölənlərin sayı 95-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, hücumda yaralanan 11 yaşlı Nazənin Açekzehi adlı qız bu gün dünyasını dəyişib.
Bununla da kamikadze hücumu nəticəsində ölənlərin sayı 95 nəfərə yüksəlib.
Qeyd edək ki, hazırda hücum nəticəsində yaralanan 10 nəfərin müalicəsi davam etdirilir.
Aysu Demokrat.az


