Gündəm

FHN-də rəislər işdən çıxarıldı

FHN-də rəislər işdən çıxarıldı

Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə Elnur Oqtay oğluXudaverdiyev Samux, CəlaləddinNazim oğluƏfəndiyev isəQax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

ƏhmədəliEyvaz oğlu EyvazlıQax, RuslanZahid oğluMehtiyevSamux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

NE
Nihadə Eyyubova