Çinin Yunnan əyalətində bir kənddə baş verən sürüşmə nəticəsində 47 nəfər yerin altında qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə “CCTV” dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, səhər saatlarında Caotong şəhərində torpaq sürüşməsi baş verib.
Xilasetmə qrupları kənddə yaşayan 500-dən çox insanı təxliyə edib, itkin düşənlərin axtarışları davam edir.
Aysu Demokrat.az


