Dünya Özəl

Meksikada qarşıdurma baş verdi: Ölənlər var

Meksikada qarşıdurma baş verdi: Ölənlər var

Meksikanın Sonora əyalətində həbs olunan şəxsi xilas etməyə çalışan kartel üzvləri ilə polis arasında qarşıdurma baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, Sonora əyalətinin paytaxtı Hermosilloda təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında qarşıdurma baş verib.

Los Cazadores bandasının üzvləri həbs edilmiş Karlos Humbertonu xilas etmək üçün təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Prokurorluqdan verilən açıqlamada qarşıdurmada 12 kartel üzvünün öldüyü, 2 təhlükəsizlik qüvvəsinin isə yaralandığı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova