İdman

ÇL-də qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

ÇL-də qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Qrup mərhələsində iştirak hüququ qazananlardan 26-sı öncədən bəlli idisə, onlara təsnifat mərhələsini uğurla adlayan 6 klub da qoşulub.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü bu gün atılacaq. Monakoda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünəcək.

Püşkdən öncə iştirakçılar 4 səbətə bölünüblər. Birinci səbətdə Çempionlar Liqası, Avropa Liqası və ən reytinqli 6 ölkənin çempionu yer alıb. Digər 24 klub reytinqinə görə sıralanıb. Türkiyə təmsilçisi “Qalatasaray” sonuncu “səkkizliy”ə daxil edilib.

1-ci səbət “Liverpul” (İngiltərə) “Çelsi” (İngiltərə) “Barselona” (İspaniya) “Mançester Siti” (İngiltərə) “Yuventus” (İtaliya) “Bavariya” (Almaniya) PSJ (Fransa) “Zenit” (Rusiya) 2-ci səbət “Real” (İspaniya) “Atletiko” (İspaniya) “Borussiya” (Dortmund, Almaniya) “Napoli” (İtaliya) “Şaxtyor” (Ukrayna) “Tottenhem” (İngiltərə) “Ayaks” (Hollandiya) “Benfika” (Portuqaliya) 3-cü səbət “Olimpik” (Lion, Fransa) “Bayer” (Almaniya) “Zalsburq” (Avstriya) “Olimpiakos” (Yunanıstan) “Brügge” (Belçika) “Valensiya” (İspaniya) “İnter” (İtaliya) “Dinamo” (Zaqreb, Xorvatiya) 4-cü səbət “Lokomotiv” (Rusiya) “Genk” (Belçika) “Qalatasaray” (Türkiyə) “Leypsiq” (Almaniya) “Slaviya” (Çexiya) “Srvena Zvezda” (Serbiya) “Atalanta” (İtaliya) “Lill” (Fransa)

Matc.az

D
demokrat.az