Sosial

Ödənişli yolda 110 km/saat sürət həddini aşmaq olar? — AAYDA rəsmisi açıqladı

Ödənişli yolda 110 km/saat sürət həddini aşmaq olar? — AAYDA rəsmisi açıqladı

"Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə artıq sürsün”.

Demokrat.az xəbər verir ki, bu sözləri AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov Baku TV-ə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycanın magistral yollarında maksimal sürət həddi 110 km/saat qəbul olunub: "Biz sürücülərə xəbərdarlıq üçün həmin nişanları quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Sürət həddini 110 km/saat-dan yuxarı kim sürmək istəyirsə, sürsün”.

D
demokrat.az