Maraqlı Özəl

Araşdırma: Kiçik itlər böyük itlərdən daha uzun yaşayırlar

Araşdırma: Kiçik itlər böyük itlərdən daha uzun yaşayırlar

ABŞ alimləri tərəfindən aparılan araşdırma nəticəsində kiçik itlərin böyük itlərdən daha uzun yaşadığı ortaya çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, tədqiqatda 238 cins it və 25 mindən çox bala itdən istifadə olunub.

Araşdırmada kiçik itlərin böyük itlərdən daha uzun ömür sürməsi diqqət çəkib.

Belə ki, iri itlər xərçəng, sümük ilə bağlı xəstəliklər, mədə-bağırsaq problemləri, nevroloji və endokrin xəstəliklər, qulaq, burun-boğaz problemləri və yoluxucu xəstəliklərə meyllidir.

Kiçik itlər isə qaraciyər və ya mədəaltı vəzi xəstəliklərindən əziyyət çəkirlər. Buna görə də kiçik itlər daha uzun yaşaya bilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova