2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təxminən 7,3 milyon ton yük aşırılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə təxminən 16 % çoxdur.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manat təşkil edir. Liman yük, neft və bərə terminallarından ibarətdir.
14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir. İkinci fazanın yekunlaşdırılmasından sonra Bakı Limanından ildə 25 milyon tona qədər yük aşırılacaq, 500 min TEU konteyner keçə biləcək.


