Dünya Özəl

Qəzzada ölənlərin sayı 24 min 448-ə çatdı

Qəzzada ölənlərin sayı 24 min 448-ə çatdı

Qəzza zolağında hücumlar nəticəsində həlak olanların sayı 24 min 448-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə bölgə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda bölgəyə edilən hücumlar nəticəsində 163 nəfər ölüb, 305 nəfər yaralanıb.

Açıqlamada, dağıntılara görə hələ də çox sayda insanın dağıntılar altında qaldığı, mülki müdafiə və təcili tibbi yardım qruplarının çətinlik çəkdiyi qeyd edilib.

Qeyd olunub ki, bölgədə həlak olan fələstinlilərin sayı 24 min 448, yaralıların sayı isə 61 min 504-ə çatıb.

Aysu Demokrat.az

D
demokrat.az