Fransada məhkəmə “heyvanlara amansızlıq” ittihamı ilə aparılan işdə sahibinin pişiyə 100 avro təzminat ödəməsinə qərar verib.
Demokrat.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin iyul ayında zibil qutusunda ölü tapılan “Lanna” adlı pişiyin sahibinə qarşı “heyvan amansızlığı” ittihamı ilə açılan işdə qərar verilib.
Qərara əsasən, müttəhimə 8 ay şərti həbs cəzası verilib və heyvan sahibi olmaq qadağan edilib.
Digər tərəfdən, məhkəmə simvolik qərar çıxarıb və əzab çəkən pişiyə 100 avro təzminat ödənilməsinə qərar verib.
Fransada bir ilk olan bu qərar heyvansevərlər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, ölən pişik üçün ayrılan 100 avroluq təzminatın hara ödəniləcəyi ilə bağlı məlumat verilməyib.
Aysu Demokrat.az


