Yaponiyanın qərbindəki İşikava əyalətində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 215-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə İşikava əyalətinin qubernatorluğundan açıqlama verilib.
Açıqlamada, yanvarın ilk həftəsində baş verən çoxsaylı zəlzələlərdə ölənlərin sayının 215-ə yüksəldiyi bildirilib.
Həmçinin, 4100-dən çox binanın zədələndiyi, 24 mindən çox insanın təxliyə məntəqələrində qaldığı, 2500 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.
Qeyd edək ki, bölgədə baş verən zəlzələlərdə yaralanan 567 nəfərin müalicə aldığı, 38 nəfərin axtarışlarının davam etdiyi bildirilir.
Aysu Demokrat.az


