Media Özəl

"Media subyektləri seçki prosesini işıqlandırarkən Seçki Məcəlləsinə əsaslanmalıdır"

Media subyektləri seçki prosesini işıqlandırarkən Seçki Məcəlləsinə əsaslanmalıdır

"Dövlət jurnalistlərin informasiya təminatının yaxşılaşdırılmasına dəstək göstərir. Medianın proseslərə münasibətini öyrənmək vacibdir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli seçkilərlə bağlı jurnalistlər üçün təşkil edilmiş maarifləndirici təlimdə bildirib. O qeyd edib ki, media subyektləri seçki prosesini işıqlandırarkən Seçki Məcəlləsinə əsaslanmalıdır:

"İnformasiya obyektiv təqdim olunmalı, balans qorunmalı, şəxsiyyəti alçaldan məzmuna yol verilməməlidir. Seçki məntəqəsində prosesi izləyən jurnalistin Media Reyestrində qeydiyyatdan keçmiş olmasına ehtiyac yoxdur".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova