Azərbaycan üzrə ixtisaslaşmış təxribat şəbəkəsində daxili ziddiyyət yaranıb.
ABŞ-dən yönləndirilən qrupun “media qanadı” ilə “siyasi qanad” arasında anlaşmazlıq var. Bu durum qrupun lokomotivlərindən olan “Osmanqızı TV”nin efirində daha aydın görünür. Sevinc Osmanqızı fəaliyyətdə olduğu 7 il ərzində ilk dəfə “ehkamları” pozub, son 5 ayda “radikal müxalifət” təmsilçilərini də hədəfə çevirib. İş o yerə çatıb ki, 2 həftə öncə efirə getmiş “Aktiv, yoxsa passiv boykot?” adlı verilişdə Əli Kərimlini açıq tekstlə təhqir edib. “Cəbhəçilərin” əks cavabları da eyni ritorika üzərində köklənib. Qarşı tərəfi aşağılamaq üçün ən vulqar ifadələr seçilib.
“Osmanqızı TV”nin digər eksperti Arif Yunusun bioqrafiyası da bu qəbildəndir.
Arif və Leyla Yunusların erməni qarışığı olan ailələri təmsil etmələri barədə Azərbaycan KİV-lərində yetərincə materiallar dərc edilib. Təbii ki, belə ailələrin sayı çoxdur. Statistikaya görə, Qarabağ münaqişəsinin davam etdiyi dövrdə ölkəmizdə 30 minə qədər erməni qarışığı olan ailələr yaşayıb. Heç kimsə də onlara toxunmayıb, problem yaşanmayıb.
Problem ermənipərəst mövqe sərgiləyənlərdə, erməni mənşəyinə söykənib Azərbaycana qarşı savaş aparanlardadır. Beydulla Manaf “Osmanqızı TV”nin efirində “Qarabağ zəfərini dilinə gətirənlərin üzünü söyür”, aparıcı isə onu alqışlayır. Arif Yunus isə özü qeyd deyir ki, ABŞ Dövlət Departamenti tərəfindən açıqlanan “Dünya ölkələrində dini azadlıqların vəziyyəti üzrə hesabat”ın Azərbaycana aid hissəsinin hazırlanmasında iştirak edib. Bu hesabatda ölkəmizin adının neqativ tonda çəkilməsi üçün çalışıb. Nəzərə alaq ki, Dövlət Departamenti adından açıqlanan hesabatın Azərbayacana aid olan hissəsinin cavabdehliyi Daniela Aşbaxyan adlı erməninin sədr olduğu komissiyaya həvalə edilib. Arif Yunus isə onun köməkçisinə çevrilib. Daniela Aşbaxyan Amerika Erməni Assambleyasının vəzifəli şəxslırimdən biri olub.
Beləliklə, sıra tamamlanır. Aydın olur ki, ABŞ-yə bağlı layihələrdə erməni mənşəlilərin önə çəkilməsi, Azərbaycan üzrə “ekspertə çevrilməsi” tendensiyası təkcə “Osmanqızı TV” üçün xarakterik deyil. Bu prinsip ABŞ-dən yönləndirilən antiAzərbaycan şəbəkənin bütün komponentləri üçün keçərlidir.
Məsələn, “JAMnews” bütövlükdə Qafqaz regionunu əhatəyə alan xəbər portalıdır. Yaranış bəyannaməsində qeyd edir ki, “Qafqazın hər yerindən olan peşəkar jurnalistləri öz çevrəsində birləşdirir. İzləyicilərə Qafqaz ölkələri barədə obyektiv, qərəzsiz məlumatlar çatdırır”. Zahirən, xoş təəssürat yaradan sözlərdir. Amma “JAMnews”un informasiya siyasəti göstərir ki, onun qurucularının məqsəd və məramı fərqlidir. Bircə faktı qeyd edək ki, portalda “Dağlıq Qarabağ” regionu müstəqil subyekt kimi göstərilir.

“Nagorno Karabakh” kateqoriyası üzrə xəbərlər bu gün də yenilənir.

“JAMnews” un səhifələri büsbütün antiAzərbaycan ovqatlıdır. Orada hər çeşidli şər və böhtana rast gəlmək mümkündür.
Üzərində dayanmağımızın səbəbi odur ki, “JAMnews”un maliyyə qaynaqları böyük mənada ABŞ fondlarına bağlıdır. ABŞ-nin Gürcüstandakı səfirliyi, Milli Demokratiya Fondu və digərləri bu portalın maliyyəçisi qismində çıxış edirlər.

“JAMnews”un simasında öz istəklərini ifadə edirlər. Qarabağı hələ də müstəqil qurum kimi görmək arzularını büruzə verirlər.
İmkanları daralıb, ümidləri “Hamam Times”ə qalıb
ABŞ-yə bağlı olan şəbəkəsinin fəaliyyəti Azərbaycanda ifşa edilib. Formalaşma və maliyyələşmə mexanizmləri, ideya qaynaqları, ictimai rəyi çaşdırmaq metodları öyrənilib. ərərsizləşdirilmələri üçün addımlar atılıb. Azərbaycan qanunlarının işlədiyi çevrədə şəbəkə üzvləri barədə hüquqi ölçülər götürülüb. “Abzas Media” komandası ətrafında cərəyan edən hadisələr bu mənada örnəkdir.
Amma onlar da sakit durmayıblar. Varlıqlarını sürdürmək üçün yeni variantlar tətbiq edirlər. Şəbəkənin Azərbaycan sərhədlərindən xaricdə məskunlaşdırılmış üzvlərinin imkanlarını artırırlar. Sayları, sıraları genişləndirilir. Daxildə olanları isə maskalayırlar. Hüquqi məsuliyyətdən yayındırmağa çalışırlar.
Məsələn, “Hamam Times” portalının koordinatlarının bir hissəsini Bakı, digər hissəsini isə ABŞ üzərindən yayırlar. Saytın ünvanı Bakıda göstərilib, telefon nömrəsi isə ABŞ-nin Las Vegas şəhərinə aiddir.


“Hamam Times” portalının nümunəsindən belə nəticə çıxır ki, ABŞ-dən yönləndirilən şəbəkə məqsədlərinə çatmaq üçün bütün variantlara əl atır. Qeyri-leqal subyektlərlə əməkdaşlıq etməkdən də çəkinmir. “Hamam Times” öz fəaliyyəti ilə qanunları pozur. KİV qurumunun qeyri-leqal, çaşdırıcı ünvanlarla fəaliyyət göstərməsi qanunlara ziddir. ABŞ bu cür variantlara əl atmasına necə haqq qazandıracaq? (Qafqazinfo.az)


