Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev jurnalistlərə açıqlamasında deyib ki,Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarının silinməsi məsələsinə baxacaq.
Məsələ ilə bağlı Demokrat.az-a danışanMilli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa bunun həyata keçirilməsini müsbət qiymətləndirib:
"Bu təşəbbüsü dəstəkləmək lazımdır. Şəhid ailələri və qazilərə bizim hər hansı şəkildə dəstək olmağımız vacibdir. Onlar Vətən qarşısında borclarını ödəyiblər, kreditlərinin silinməsi təqdirəlayiq hal olardı. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar dövlətin və cəmiyyətin şəhid ailələri və qazilərə diqqət və qayğısının göstəricisidir", - deputat qeyd edib.
Qeyd edək ki,son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib.
Törə Zeynallı Demokrat.az


