"Səni axtarıram" verilişində 9 yaşlıRüqayyə adlı qızın ögey atası tərəfindən işgəncələrə məruz qaldığı iddia edilib.
Axşam.az xəbər verir ki, proqramın aparıcısı Xoşqədəm Hidayətqızı azyaşlı ilə həmsöhbət olub. O, ögey atası ilə bağlı "Məni döyürlər, pis sözlər deyir, əlimə siqaret basırlar" deyə, bildirib.
Aparıcı 9 yaşlı qızın anasının bu şiddətə susmasına əsəbiləşib:
"Əgər canlı efir olmasaydı... Mən dəhşətə gəlirəm. İnsanlıq, mərhəmət hissi yoxdur. Balaca heyvanı belə yerdəgörəndə götürürük. Ay xanım, bu kişi kimdir ki, sənin uşağının üzünü cırsın? Sənin balandan əzizdir? Milyon kişi qurban olsun, sənin balanın bir dırnağına. Uşaq lazımdır, ərə getmək? Anlayıram, bəlkə güc, arxa, sığınacaq axtarmısan. Amma hər kişinin qoynu sığınacaq deyil, ilan yuvasıdır. Balaların varsa, hər kişidən kişlik gözləmə. Bu gün övladın səndən imtina edir. Bilirsən, bu nə deməkdir? Mənim övladım məndən imtina etdiyi gün Allah canımı alsın. Sənin kimilər valideyn deyil. Analıq hüququndan məhrum edilməlisiniz. Haradadır bu uşağın atası, nənə-babası? Bezmişəm bunların səsi olmaqdan. Əl çəkin uşaqlardan, günahsızdırlar, köməksizdirlər. Bir tikə çörəyi də çox görürsünüz onlara. Boğazında qalsın yediyin".


