2023-cü ildə Meksikadan ABŞ-a getmək istəyən miqrantların sayı 2 milyon 240 mini keçib.
Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) məlumat yayıb.
Məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında Meksika üzərindən ABŞ-a keçmək üçün 2 milyon 240 mindən çox insan sərhədə gəlibsə, artıq bu rəqəm 2 milyon 326 minə yüksəlib.
Meksika Milli Miqrasiya İnstitutunun (INM) qeydlərinə görə, bu immiqrantlar Qvatemala, Honduras, El Salvador, Haiti, Venesuela, Kolumbiya, Ekvador, Pakistan, Çin və müxtəlif Afrika ölkələrinə aiddir.
INM həmçinin ölkədə qeyri-qanuni mühacirlərin leqallaşdırılması üçün 431 min nəfərin qeydiyyata alındığını və prosesin davam etdiyini bildirib.
Aysu Demokrat.az


