İqtisadiyyat

Mərkəzi Bank gələn il üçün inflyasiya proqnozunu AÇIQLADI

Mərkəzi Bank gələn il üçün inflyasiya proqnozunu AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5 % civarında olacağını gözləyir.

Demokrat.azxəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.

D
demokrat.az