Hərbi Özəl

Almaniya silah ixracında REKORD

Almaniya silah ixracında REKORD

Almaniyanın silah və hərbi texnika ixracı bu il rekord qıraraq, təxminən 11,71 milyard avroya çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Alman Xəbər Agentliyi “DPA” məlumat yayıb.

Məlumata görə, Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi hökumətin bu il təxminən 11,71 milyard avro dəyərində silah və hərbi texnikanın satışını təsdiqlədiyini açıqlayıb.

Beləliklə, Almaniya 2023-cü ildə silah və hərbi texnika satışı ilə rekord qırıb.

Qeyd edək ki, Berlinin silah və hərbi texnika satışında əvvəlki illik rekordu 9,35 milyard avro ilə 2021-ci ildə qeydə alınıb.

Aysu Demokrat.az

D
demokrat.az