Sosial

50 nəfər müxtəlif vəzifələrə işə təyin edildi — FOTO

50 nəfər müxtəlif vəzifələrə işə təyin edildi — FOTO

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 50 nəfər müxtəlif vəzifələrə işə təyin edilib.

Bu barədə Demokrat.az-a İdarədən məlumat verilib.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışaqədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib.

50 nəfər müxtəlif vəzifələrə işə təyin edildi — FOTO

D
demokrat.az