Çinin Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 148 nəfərə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində Qansu əyalətində 117, qonşu Qinghai əyalətində isə 31 nəfər ölüb.
Bununla da zəlzələdə ölənlərin sayı 148-ə yüksəlib.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, 6,2 bal gücündə zəlzələ dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış baş verib, episentri Cishishan Bao'an Donxiang və Salar Muxtar Dairəsində olub.
Aysu Demokrat.az


