Dünya Özəl

Müəllimləri daşıyan servis maşını aşdı: 9 yaralı

Müəllimləri daşıyan servis maşını aşdı: 9 yaralı

Türkiyədə müəllimləri daşıyan xidməti mikroavtobusun aşması nəticəsində 9 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Şanlıurfa vilayətində baş verib.

Əraziyə təcili tibbi yardım və polis qrupları cəlb olunub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova