Türkiyədə iki avtomobilin toqquşması ilə baş verən qəzada minik avtomobili yanıb.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Bursa vilayətində baş verib.
Qəzada 3-ü uşaq olmaqla 7 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və yanğınsöndürmə qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Yanğına qruplar tərəfindən müdaxilə edilib.
Aysu Demokrat.az


