Sosial

Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da — FOTOLAR

Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da — FOTOLAR

Həftənin sayca 4-cü “Açıq mikrofon” aksiyası Saatlı rayonunda baş tutub.

Rayonun Əlisoltanlı kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 14 müraciət ünvanlanıb.

Aksiya keçirilən kəndin sakinlərindən 6 nəfər mikrofon önünə çıxıb. Abonentlərin müraciətləri qazın təzyiqinin bəzi hallarda zəif olmasından, qaz sayğacının dövri yoxlamadan keçirilməsindən və debitor borcun araşdırılmasından ibarət olub. Saatlı rayonunun Dəllər kəndindən qatılan 4 nəfər isə yaşadığı kəndin qazlaşdırılmasını istəyib. Salyan RQİİ-nin rəhbər şəxsləri vətəndaşların müraciətləri ilə bağlı ətraflı məlumat verdikdən sonra aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyat aparıblar.

Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da — FOTOLAR
Dəllər kəndinin qazlaşmasını istəyən sakinlər “Açıq mikrofon”da — FOTOLAR

NE
Nihadə Eyyubova