Xarici siyasət

"Ermənilərin basdırdığı minalar hələ də böyük təhlükə törədir" — Türkiyənin vitse-prezidenti

Ermənilərin basdırdığı minalar hələ də böyük təhlükə törədir — Türkiyənin vitse-prezidenti

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ermənilərin basdırdığı minaların hələ də böyük təhlükə törətdiyini bildirib.

Demokrat.azxəbər verir ki, o, bu fikri dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirib.

Türkiyənin vitse-prezidenti tarixi qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.

D
demokrat.az