Türkiyənin Ağrı vilayətində daha 117 qeyri-qanuni mühacir tutulub.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata əsasən, Respublika Prokurorluğunun koordinasiyasında həyata keçirilən işlər çərçivəsində qruplar 2 ünvanda 109-u Əfqanıstan, 8-i Pakistan vətəndaşı olmaqla 117 qeyri-qanuni miqrant ələ keçirib.
Bundan əlavə insan alveri ilə məşğul olduğu müəyyən edilən 3 nəfər saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərə 1 milyon 714 min lirə cərimə kəsilib.
Aysu Demokrat.az


