Banqladeşdə naməlum şəxslər tərəfindən qatarın vaqonlarının yandırılması nəticəsində baş verən yanğında biri uşaq olmaqla 4 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, Banqladeşin paytaxtı Dəkkədə naməlum şəxslər qatarın 3 vaqonunu yandırıblar.
Yerli mənbələrdən verilən açıqlamada hadisədə biri 3 yaşlı uşaq olmaqla 4 nəfərin həyatını itirdiyi bildirilib.
Banqladeş Dəmir Yolları Naziri Nurul İslam Sucan verdiyi açıqlamada hadisə zamanı çox sayda insanın yaralandığını və hadisə yerinə 3 yanğınsöndürmə briqadasının göndərildiyini bildirib.
Yanğının nəzarət altına alındığı və alov alan vaqonların yararsız hala düşdüyü öyrənilib.
Aysu Demokrat.az


