Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü — YENİLƏNİB

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü — YENİLƏNİB

Paytaxtın "Yeni Yasamal" yaşayış massivində qeyri-yaşayış obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmə rəisi baş leytenant Tural Zahidov deyib.

"FHN 112 qaynar xəttinə sözügedən ünvanda yanğın olması ilə bağlı məlumat daxil olub. Dərhal Yanğından Mühafizə bölmələri əraziyə cəlb olunub. Baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bina və mənzillər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - o qeyd edib.

*** 09:15

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Demokrat.az xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

D
demokrat.az