Sosial

Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir

Bakı-Naxçıvan aviareysləri dumana görə gecikir

Naxçıvan Muxtar Respublikasının hava limanını bürüyən sıx duman səbəbindən Bakıdan Naxçıvana dörd reys gecikir.

"Report"un yerli bürosu xəbər verir ki, saat 07:00-da Bakıdan Naxçıvana uçmalı olan J2-251, 11:50-də uçmalı olan J2-253, 16:40-da uçmalı olan J2-255 və 19:00-da uçmalı olan J2-265 reysləri təxirə salınıb.

NE
Nihadə Eyyubova