Dünya

Misirdə üç günlük matəm elan edildi

Misirdə üç günlük matəm elan edildi

Bu gün 86 yaşındavəfat edənKüveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha görə Misir hakimiyyəti ölkədə üç günlük matəm elan edib.

Bununla əlaqədar Misir prezidenti Əbdülfəttah əs-Sisifərman imzalayıb.

“Vəfat etmiş Küveyt əmiri üçün bütün ölkədə üç günlük matəm elan edilsin. Misir ərəb və islam xalqlarını dəstəkləyən, ölkəsinə və Küveyt xalqına böyüklük və səxavət göstərən böyük və müdrik insanın vəfatı ilə əlaqədar kədərini ifadə edir” , -fərmanda qeyd edilir.

NE
Nihadə Eyyubova