Kriminal Özəl

Bakıda 14 nəfərə qarşı dələduzluq edildi — MƏHKƏMƏ

Bakıda 14 nəfərə qarşı dələduzluq edildi — MƏHKƏMƏ

Bakıda 14 nəfərə qarşı dələduzluq edən şəxslər barəsində cinayət işi başlanıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, dələduzluq etməkdə ittiham olunan şəxslər – Kamil Seymur oğlu Habilli və Fərid Calal oğlu Calalovdur.

Onlar – Qahir Şikarov, Sabit Səfərov, Elşən Rüstəmov, Səbuhi Rüstəmov, İlqar Nəcəfzadə, Fəxri Cəfərov, Elgün Rüstəmov, Taleh Mirzəliyev, Eldəniz Rüstəmov, Bilal Muradzadə, Kamran Vəliyev, Vüqar Rəfiyev, Rafiq Vəliyev və Yusif Babayevə qarşı külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq ediblər.

Kamil Habilli və Fərid Calalovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova