Sosial

Sertifikasiyadan keçərək maaşı artan müəllimlərin sayı açıqlandı

Sertifikasiyadan keçərək maaşı artan müəllimlərin sayı açıqlandı

Son 2 il ərzində müəllimlərin sertifikatlaşdırılması prosesində vəzifə maaşına artım tətbiq edilən müəllimlərin sayı açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Demokrat.az-a bildirilib ki, 2022-ci il ərzində 5 min 624 ibtidai sinif müəlliminin maaşına 10 faiz, 3 min 164 müəllimin maaşına isə 35 faiz artım edilib.

2023-cü ildə isə 12 min 130 ibtidai sinif müəlliminin maaşına 10 faiz, 2 min 588 müəllimin maaşına isə 35 faiz, 5 min 784 nəfər Azərbaycan dili və ədəbiyyat müəlliminin maaşına 10 faiz, 2 min 658 müəllimin maaşına isə 35 faiz artım edilib.

D
demokrat.az