Hadisə

Biləcəridə evdən 4 min manatlıq qızıl oğurlandı

Biləcəridə evdən 4 min manatlıq qızıl oğurlandı

Biləcəri qəsəbəsindəki evlərin birindən oğurluq olub.

DİN-in mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də Biləcəri qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.

Araşdırma aparılır.

D
demokrat.az