Gündəm

Azərbaycan– Serbiya əlaqələri dinamik inkişaf edir

Azərbaycan– Serbiya əlaqələri dinamik inkişaf edir

Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Bir neçə gün əvvəl Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə reallaşan Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcək. Onu da qeyd edək ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan , hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılmas mümkün deyil.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

O deyib ki, dövlətimizin başçısnın çıxşı böyük maraqla izlənilib. Hətta, ertəsi gün yerli mətbuat Prezidentin çıxşına geniş yer verib. Hüquq müdafiəçisi keçən il Prezident İlham Əliyevin Serbiyaya , bir ay sonra isə Serbiya Prezidentinin Azərbaycana səfərlərini xatırladıb. Bu, Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişafından xəbər verir. İki dost ölkə həm də strateji tərəfdaşdır. Bu barədə Bəyannamə də imzalanmışdr. Bütün bunlar Serbiya- Azərbaycanın həm sənəd üzərində, həm də sözdə və əməldə yüksək əməkdaşlığa sadiqliyinin göstəricisidir. İki ölkə liderlərinin dostluq münasibətləri və qarşlıqlı səfərləri Serbiya-Azərbaycan əlaqələrinin inkişafına təkan vermişdir. İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək, əlaqələri daha da genişləndirəcək. Hüquq müdafiəçisi Azərbaycan qaz ixracında Avropanın önəmli ölkələrindən birinə çevrildiyni Bolqarıstan Prezidenti Rumen Radevin çıxışında da vurğulandığını bildirib:

“ Bolqarıstan Prezidenti bu layihənin reallaşdırlmasına görə, Serbiya və Azərbaycan prezidentlərinə təşəkkürünü bildirdi. Belə bir tədbirin - Yunanıstan və Bolqarıstan arasındakı interkonnektorun açlışının Sofiyada da keçirildiyini xatırladan R.Rudev qeyd etdi ki, həmin interkonnektor sayəsində Bolqarıstan, nəhayət ki, Azərbaycan qazını qəbul edə bildi. Bolqarıstan Prezidenti buna görə, Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi və Bakının bütün anlaşma və razılıqlara ciddi yanaşdğını vurğuladı. Bolqarıstan Prezidenti avropalı həmkarlarla görüşlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu deyib. Bu, hər bir soydaşımız üçün qürurverici hadisədir”.

Ç.Qənizadə deyib ki, Azərbaycan enerji strategiyasını uğurla icra edir. Dövlətimizin başçısnın bunu çıxışnda diqqətə çatdırdğını deyən hüquq müdafiəçisi keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalandığını və bu memorandumun hazırda effektiv şəkildə icra edildiyini xatırladıb. Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Göründüyü kimi, ölkəmiz inamla hədəfə doğru gedir. Bunu fatlar da təsdiqləyir. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən, 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Dövlətimizin başçısı, həmçinin genişmiqyaslı planlardan da söhbət açıb. Azərbaycanın, bütövlükdə enerji strategiyasının uğurla icra etdiyini bildirib. Ümumiyyətlə, Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Hüquq müdafəçisi tədbirdə strateji əhəmiyyət kəsb edən neft kəmərlərindən də söhbət açıldığını bildirib . Qeyd edilib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Qarşya qoyulan prioritet vəzifələrdən biri qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Ümumiyyətlə, Azərbaycanın enerji potensialı beynəlxalq aləmdə də etiraf edilir. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

Demokrat.az

NE
Nihadə Eyyubova