Gündəm Özəl

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi gələcək inkişaf üçün olduqca vacibdir” — Politoloq

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi gələcək inkişaf üçün olduqca vacibdir” — Politoloq

“Cənubi Qafqaz regionu həm təhlükəsizlik məsələləri, həm də yeni çağırışlarla üzləşib. Növbədənkənar seçkilərin keçirilməsi bu çağırışlara cavab verə bilmək üçün yeni ardıcıl siyasətin aparılmasına gətirib çıxaracaq”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O, 2024-cü il fevral ayının 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəblərinə toxunub:

“Növbədənkənar prezident seçkilərinin keçirilməsi gələcək inkişaf üçün olduqca vacibdir” — Politoloq
“Növbədənkənar prezident seçkilərinin keçirilməsi tamamilə məqsədəuyğundur. Bunun bir neçə səbəbi var. Məlumdur ki, 2025-ci ildə prezident və parlament seçkiləri keçirilməli idi. Seçkilər arasında zaman kəsiyinin qısa olması həm maliyyə cəhətdən çətinliklər yarada, həm də vətəndaşların seçkilərlə yüklənməsinə gətirib çıxara bilərdi. Dünyanın bir sıra vacib ölkələri ilə eyni ildə Azərbaycanda da prezident seçkilərinin keçirilməsi dövlətin və xalqın gələcək inkişafı və yeni mərhələyə qədəm qoyması üçün olduqca vacibdir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova