Sosial

Naftalanda keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı — FOTOLAR

Naftalanda keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı — FOTOLAR

SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub.

Aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb. 4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib. O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub. Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.

Naftalanda keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı — FOTOLAR
Naftalanda keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı — FOTOLAR

NE
Nihadə Eyyubova