Hadisə Özəl

34 yaşlı kişi arvadını boğmaq istədi — TƏFƏRRÜAT

34 yaşlı kişi arvadını boğmaq istədi — TƏFƏRRÜAT

Bakının Xəzər rayonunda 1989-cu il təvəllüdlü Yusif ailə münaqişəsi zəminində həyat yoldaşı Günelə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsi, Ciləgər yeni yaşayış sahəsində baş verib.

Yusif orada yerləşən fərdi evdə Günellə aralarında mübahisə baş verib. Mübahisə zəminində Yusif Günelin boğaz nahiyəsindən əlləri ilə tutaraq boğmaq istəyib.

Hadisəni törədən Yusifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 14 ilə yaxın müddətdir Günel ilə rəsmi nikahda olaraq ailəlidir: “Birgə nigahdan 3 övladımız var. Ailə daxilində mütəmadi olaraq münaqişələrimiz olur. Hadisə günü, saat 18.30-da yaşadığımız evinə gəldim. Arvadıma bildirdim ki, atama məxsus olan rayonda yerləşən evə qonaq gedək. Lakin, arvadım mənimlə razılaşmadı. Bu zaman əsəblərimi cilovlaya bilmədim. Onun boğaz nahiyəsindən tutaraq sıxdım. Atama məxsus olan evə qonaq getmədiyinə irad bildirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Yusifin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova