Hadisə

Şirvanda eyvan çökdü - qadın altında qaldı

Şirvanda eyvan çökdü - qadın altında qaldı

Şirvanda şəhər Nəriman Nərimanov küçəsi 9 ünvanında bədbəxt hadisə baş verib.

Demokrat.az xəbər verir ki, 3-cü mərtəbənin eyvanı çökərək alt mərtəbəyə düşüb. Nəticədə eyvanın üzərində olan Şirinova Lətifə Rəsul qızı dağıntılar altında qalıb.

Sınıq xəsarətləri alan 1954-cü il təvəllüdlü qadın şəhər xəstəxanasına çatdırılıb.

D
demokrat.az