Dünya

BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq

BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq.

APA xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) 28-ci Tərəflər Konfransının Sədrliyi məlumat yayıb.

“BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir”, - deyə məlumatda bildirilir. Sədrliyin qeyd etdiyi kimi, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

D
demokrat.az