Dünya Özəl

İrlandiyanın paytaxtında xaos: Maşınlar yandırıldı

İrlandiyanın paytaxtında xaos: Maşınlar yandırıldı

İrlandiyada bıçaqlı hücumda üçü uşaq olmaqla beş nəfərin yaralanmasından sonra paytaxtda qarşıdurma yaranıb.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 13:40 radələrində baş verən hücumda beş yaşlı qız və 30 yaşlarında bir qadın ağır yaralanıb.

Hücum şəhərin mərkəzindəki Parnell Meydanında bir məktəbin qarşısında baş verib.

Polis şübhəlinin milliyyəti barədə məlumat verməsə də, BBC-yə danışan mənbələr şübhəlinin İrlandiya vətəndaşı olduğunu və 20 ildir ölkədə yaşadığını bildiriblər.

Ölkədə hücumla bağlı keçirilən nümayişlər zamanı maşınlar yandırılıb, mağazalar talan edilib.

Etirazçılar şəhərin mərkəzində, hadisə yerinə yaxın bəzi küçələrdə cəmləşib. Bəzi nəqliyyat vasitələri, tramvay və avtobus yandırılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova