Kriminal Özəl

Beyləqanda qadın baldızına xəsarət yetirdi — TƏFƏRRÜAT

Beyləqanda qadın baldızına xəsarət yetirdi — TƏFƏRRÜAT

Beyləqan rayonunda 1998-ci il təvəllüdlü Afət baldızı İranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Beyləqan şəhəri, Habil Hacıyev küçəsində fərdi yaşayış evlərindən birində baş verib.

Afət yaşadığı evin həyətində olan zaman baldızı İranə ilə aralarında mübahisə yaranıb.

Mübahisə zamanı Afət daş ilə İranənin alın nahiyyəsinə bir dəfə vuraraq, ona xəsarətlər yetirib.

Hadisəni törədən Afətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Afət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Asəf ilə 4 ildir rəsmi nikahdadır, onunla münasibəti normaldır:

“Asəflə birlikdə Beyləqan rayonu, Habil Hacıyev küçəsində fərdi yaşayış evində yaşayırıq. Zərərçəkmiş İranə baldızımdır. İranə ilə heç bir ədavət və düşmənçiliyim yoxdur. Lakin İranə mənimlə yola getmir. Səbəbsiz yerə mənimlə dalaşır, mübahisə edir”.

Təqsirləndirilən şəxs qeyd edib ki, İranə onunla eyni evdə yaşasa da, yaşadıqları evin girişləri ayrıdır:

“Asəf İranənin mənimlə yola getmədiyimi görərək evin girişlərini ayırdı. Hazırda İranə ilə bir evdə ayrı yaşayırıq, lakin evin həyəti eynidir. Hər gün həyətdə İranə ilə qarşılaşır, mütəmadi olaraq İranə səbəbsiz yerə mənimlə mübahisə edir”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü, saat 13.00-da evdə olarkən İranənin evin hamamının çəninə su vurmasını görüb:

“Çənin suyu dolub yerə tökülsə də İranə motoru söndürmədi. Küçəyə çıxaraq motoru söndürdüm. İranə də buna görə mənimlə mübahisə etdi və mənə motoru qəsdən söndürdüyümü dedi. İranəyə suyun dolmasını desəm də İranə mənimlə dalaşdı, məni söydü. Buna görə əsəbləşərək yerdə olan daşı götürdüm və İranənyə atdım. Atdığım daş İranənin başına dəydi. Bundan sonra İranə evdən çıxaraq getdi. İrandən sonradan üzr istəmişəm”.

Bu cinayət işinə Beyləqan rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Afət aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Hökmün icrası Beyləqan rayon icra və probasiya şöbəsinə tapşırılıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az