İsrail ordusunun Livanın cənubundakı sərhəd bölgəsində mülki avtomobili atəşə tutması nəticəsində 4 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi “NNA” məlumat yayıb.
Məlumata görə, İsrail qüvvələri Livanın cənubundakı Kalayla və Əl-Şaaytiya qəsəbələri arasındakı yolda bir mülki avtomobili hədəfə alıb.
Avtomobildə olan 4 nəfərin həyatını itirdiyi bildirilib.
Ölənlərin kimliyi ilə bağlı təfərrüatlar paylaşılmayıb.
İsrailin 8 oktyabrdan bəri Livana hücumları nəticəsində 3-ü jurnalist, 3-ü uşaq olmaqla ümumilikdə 20 mülki vətəndaş həyatını itirib.
Aysu Demokrat.az


