İdman

"Barselona" Neymar transferində israrlıdır

Barselona Neymar transferində israrlıdır

İspaniya nəhəngi“Barselona” Neymarı komandaya qaytarmaqda israrlıdır.

Demokrat.azxarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu bu dəfə braziliyalı superulduzu transfer etmək üçün 100 milyon avro və Filippe Koutinyonu təklif edib.

Lakin Fransa çempionu PSJ yenitəkliflə razı deyil.Belə ki, Paris klubu bundan əvvəlNeymarı geri vermək üçün Koutinyodan əlavə Nelson Semedonu da istədiyini bildirib.

Xatırladaq ki,Neymar 2017-ci ildə planetin ən bahalı futbolçusu kimi “Barselona”dan PSJ-yə transfer olunmuşdu. Onun keçidi222 milyon avroya başa gəlmişdi.

D
demokrat.az