Dünya Özəl

Fransada əyləncə mərkəzinə basqın edildi: Ölən var

Fransada əyləncə mərkəzinə basqın edildi: Ölən var

Fransanın Drom bölgəsində əyləncə mərkəzinə hücum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər əyləncə zalına basqın edərək sakinlərə bıçaqla hücum edib.

Hadisədə 16 yaşlı gənc ölüb, 2-si ağır olmaqla 9 nəfər yaralanıb.

Səlahiyyətlilər, 400-dən çox insanın olduğu mərkəzə basqın edən hücumçuların siyasi və ya dini hücum niyyətində olmadıqlarını bildiriblər.

Hadisə ilə bağlı Valens Prokurorluğu araşdırma başladıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova